Bağlanan doqquz bankın qorunan əmanətçilərinə 212 mln. manatdan artıq kompensasiya ödənilib

Bağlanan doqquz bankın qorunan əmanətçilərinə 212 mln. manatdan artıq kompensasiya ödənilib
25 Avqust 2016
Mətni dəyiş
Əmanətlərin Sığortalanması Fondu tərəfindən 24 avqust 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 20,3 mln. manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 34,1 mln. manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə  9,9 mln. manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2,4 mln. manatdan artıq kompensasiya ödənilib.
Fonddan verilən məlumata görə, 4 bank üzrə ümumilikdə 66,7 mln. manatdan artıq kompensasiya ödənilib.
24 avqust 2016-cı il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 1,2 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 629 min manatdan artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 1,8 mln. manatdan artıq kompensasiya ödənilib.
24 avqust 2016-cı il tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 mln., “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 895,5 min, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119,5 mln. manatdan artıq kompensasiya ödənilmişdir. 3 bank üzrə ümumilikdə 144,3 mln. manatdan artıq kompensasiya ödənilib.
Qeyd edək ki, ümumilikdə Fond tərəfindən 9 bank üzrə 212 mln. manatdan artıq kompensasiya ödənilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun