Bağlanan bankların əmanətçilərinə 5 mln. manata yaxın kompensasiya ödənilib

Bağlanan bankların əmanətçilərinə 5 mln. manata yaxın kompensasiya ödənilib
3 Avqust 2016
Mətni dəyiş
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) “Parabank”, “Zaminbank”, “Kredobank”, “Dekabank”a 4 959 842 manat ödəniş edib. Verilən məlumata görə “Parabank”ın əmanətçilərinə 2 273 767 manat, “Zaminbank”ın əmanətçilərinə 1 847 792 manat, “Kredobank”ın əmanətçilərinə 397 928 manat, “Dekabank”ın əmanətçilərinə isə 440 355 manat kompensasiya ödənilib.
Əmanətçilər kompensasiya almaq üçün “Dekabank”, “Kredobank” və “Zaminbank”ın əmanətçiləri bankların baş ofisinə, “Parabank”ın əmanətçiləri isə müqavilə bağladıqları filiala müraciət etməlidirlər.
Qeyd edək ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən "Dekabank" ASC, "Kredobank" ASC, "Parabank" ASC və "Zaminbank" ASC-nin bank lisenziyaları ləğv edilib.
Qərarda göstərilib ki, sözügedən banklar Əmanətlərin Sığortalanması Fonduna üzv olduğundan əhalinin bu banklarda qorunan əmanətləri Fond tərəfindən ödəniləcək.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun