Bağlanan 4 bankın əmanətçisinə 15 milyon manatdan çox kompensasiya ödənilib

Bağlanan 4 bankın əmanətçisinə 15 milyon manatdan çox kompensasiya ödənilib
5 Avqust 2016
Mətni dəyiş
Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 15,4 milyon manat kompensasiya ödənilib.
Lisenziyası ləğv edilən "Parabank" ASC-nin qorunan əmanətçilərinə 6 milyon 350 min 549 manat, "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə 6 milyon 350 min 549 manat, "Kredobank" ASC-nin qorunan əmanətçilərinə 1 milyon 637 min 959 manat və "Dekabank" ASC-nin qorunan əmanətçilərinə isə 1 milyon 67 min 399 manatdan çox kompensasiya ödənilib.
Əmanətlərin Sığortalanması Fondundan bildirilib ki, ümumilikdə 4 bank üzrə 15 milyon 406 min 455 manatdan çox kompensasiya ödənişi həyata keçirilib.
Qeyd edək ki, avqustun 1-dən etibarən fond bağlanan 4 bankın qorunan əmanətçilərinə kompensasiya ödənişinə başlayıb.
İyulun 25-də sığorta hadisəsi baş vermiş "Dekabank" ASC, "Kredobank" ASC və "Zaminbank" ASC-nin qorunan əmanətçiləri kompensasiyaların ödənilməsi üçün müvafiq olaraq "Dekabank" ASC, "Kredobank" ASC və "Zaminbank" ASC-nin baş ofisinə, "Parabank" ASC-nin qorunan əmanətçiləri isə müqavilə bağladıqları filiala müraciət edərək öz əmanətlərini geri ala bilərlər. Kompensasiya almaq üçün ərizə formalarını qorunan əmanətçilər avqustun 1-dən etibarən sığorta hadisəsi baş vermiş "Dekabank" ASC, "Kredobank" ASC, "Parabank" ASC və "Zaminbank" ASC-nin filiallarından, Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bülbül prospekti 40 ünvanında yerləşən ofisindən və Fondun rəsmi internet səhifəsi olan www.adif.az saytından əldə edə bilərlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun