Bağlanan 4 bankın əmanətçilərinə 45 mln manat kompensasiya verilib

Bağlanan 4 bankın əmanətçilərinə 45 mln manat kompensasiya verilib
19 Avqust 2016
Mətni dəyiş
Avqustun 18-nə olan məlumata əsasən, Əmanətlərin Sığortalanması Fondu (ƏSF) “Parabank” ASC, “Zaminban” ASC, “Kredobank” ASC və Dekabank” ASC-yə əmanətlərin qaytarılması üçün 45 mln manatdan artıq kompensasiya ödəyib. Bu haqda Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.
Məlumatda qeyd edilir ki, avqustun 1-dən etibarən “Parabank”ın əmanətçilərinə16.9 mln, “Zaminbank”ın əmanətçilərinə 20.7 mln, “Kredobank”-ın əmanətçilərinə 5.2 mln, “Dekabank”-ın əmanətçilərinə isə 2.2 mln manatdan artıq kompensasiya ödənilib.
Fond bəyan edib ki, 2 mart 2016-cı il tarixdən əvvəl illik 12 %-ə qədər xarici valyutada yerləşdirilən əmanətlər üzrə hər bir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödəniləcək.
Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən "Dekabank" ASC, "Kredobank" ASC, "Parabank" ASC və "Zaminbank" ASC-nin bank lisenziyaları ləğv edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun