AZAL vertolyotlarını satışa çıxarıb

AZAL vertolyotlarını satışa çıxarıb
17 Avqust 2016
Mətni dəyiş
“Azərbaycan Hava Yolları” QSC (AZAL) 3 ədəd Mİ-8 MTV1 tipli vertolyotunu satışa çıxardığını elan edib.
Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, bununla bağlı hərrac sentyabrın 14-də Hərracların Təşkili üzrə Auksion Mərkəzində baş tutacaq.
Vertolyotlardan ikisi 1993, biri isə 1991-ci il istehsalıdır. 1991-ci il istehsalı olan vertolyotun başlanğıc qiyməti 130,023 manat, 1993-cü il istehsalı olan vertolyotlardan birinin başlanğıc qiyməti 134,323 manat, digərinin başlanğıc qiyməti isə 134,271 manatdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun