Azərbaycanda futbolçu məşq zamanı ölüb

Azərbaycanda futbolçu məşq zamanı ölüb
16 Avqust 2016
Mətni dəyiş
“Zaqatala” futbol klubunun oyunçusu məşq zamanı ölüb. Bu gün saat 19:30 radələrində futbol klubunun Nigeriyadan olan, Maykl adlı oyunçusu məşq zamanı dünyasını dəyişib.
Futbolçunun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə aparılıb. Bildirilir ki, futbolçu 2-3 gün əvvəl “Zaqatala” futbol klubunun heyətinə qoşulub.
Zaqatala Mərkəzi Xəstəxanasından APA-ya verilən məlumata görə, ilkin versiyaya əsasən futbolçunun ölümünə səbəb ürəyində trombun qırılması olub. Faktla bağlı araşdırma aparılır.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun