Azərbaycan Turizm Assosiasiyası qərəzli fəaliyyət göstərir?

Azərbaycan Turizm Assosiasiyası qərəzli fəaliyyət göstərir?
17 Avqust 2016
Mətni dəyiş
"Cənab Bağırovun məsələni dəqiqləşdirmədən, araşdırmadan qərəzli açıqlamalar verməyi peşəkarlıqdan uzaq hərəkətdir"
Azərbaycan Turizm Assosiasiyası ilə bağlı saytımıza şikayət daxil olub.  "Aerolux Touristic Services" assosiasiyanın qərəzli şəkildə, peşəkarlığa formada turizm şirkətinə qarşı açıqlamalar verib.
Turizm şirkətinin rəhbəri Cavad Cəfərov bildirir ki, şirkət turizm məhsullarına olan tələbatın azalmasını əsas gətirərək 4 gün əvvəl özünü müflis elan edib. Bundan sonra isə şirkət borclarının olduğu yerlərə sentyabrın 5-ə kimi ödəmənin ediləcəyi haqda yazılı məktub göndərib.
"Ancaq Azərbaycan Turizm Assosiasiyası "Aerolux" barədə yalnış açıqlamalar verərək, şirkətin müflis olmasının şübhə doğurduğunu bildirib" - deyə Cavad Cəfərov qeyd edib.
Cavad Cəfərov deyib ki, bu cür açıqlamaların kökündə uzun müddətdir Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırovun onlara qarşı qərəzli münasibəti durur:
"Assosiasiya rəsmiləri bildiriblər ki, şirkət rəhbərliyi külli miqdarda məbləği götürərək ölkədən çıxmağa cəhd edib. Lakin şirkət nümayəndələri bu cür halın baş vermədiyini, bu tipli yazılarla "haqqin.az" kimi saytlarda "Aerolux" əleyhinə kampaniya başladıldığını söyləyirlər".
"Hətta şirkətdən sayt rəhbərliyi ilə əlaqə saxlasaq da, onlar bildirib ki, biz hökümətin göstərişlərini həyata keçiririk, istədiyiniz yerə şikayət edə bilərsiniz" - deyə "Aerolux"-dan bildirilib.
Cavad Cəfərov bildirib ki, onların borcları ödəməkdən boyun qaçırmaq fikirləri yoxdur. Bu barədə yazılı məktub da yazıblar, bildirdikləri vaxta qədər borclarını ödəyəcəklər.
Şirkətdən assosiasiyanın mövzu ilə bağlı çıxışına münasibət olaraq, turistlərdən ödəniş qəbul edildiyi deyilsə də, həmin nəzərdə tutulan gün uçuşun həyata keçirilmədiyi və əvvəlcədən bu cür planlamanın olmadığı bildirilib:
"Turizm Assosiasiyasinin rəhbəri Nahid Bağırov deyib ki, şənbə günü insanlar hava limanında qalıb. Ancaq belə bir şey olmayıb, çünki bizdə reys həftədə 1 dəfə və yalnız çərşənbə axşamları baş tutur. Cənab Bağırova demək istəyirik ki, onun şirkətimizin əməkdaşları ilə heç bir əlaqə qurmadan, məsələləri dəqiqləşdirmədən belə qərəzli məlumat verməsi peşəkarlıqdan uzaq hərəkətdir. Ancaq biz ilk olaraq assosiasiyanın bizə dəstək olacağını gözləyirdik".
"Aerolux" öz müştərilərini bu cür yalan açıqlama və bəyanatlara inanmamağa çağırır.
Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən "Aerolux Touristic Services" şirkəti 10 ildən artıqdır əsasən Monteneqro və Türkiyə istiqamətində tur xidmətləri təklif edib.
 Mövzunu davam etdirəcəyik.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun