Azərbaycan ''Gülən tərəfdarları'' ilə bağlı Türkiyə baş prokuroru qarşısında vəsatət qaldırıb

Azərbaycan ''Gülən tərəfdarları'' ilə bağlı Türkiyə baş prokuroru qarşısında vəsatət qaldırıb
23 Avqust 2016
Mətni dəyiş
Azərbaycanda fəaliyyət göstərən "gülənçilər"lə bağlı Türkiyə Respublikası ərazisində istintaq hərəkətlərinin həyata keçirilməsi üçün həmin ölkənin Baş prokuroru qarşısında vəsatət qaldırılıb.
Bu barədə Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətlərinin birgə məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, məqsəd “Hizmət hərəkatı”nın Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən mənsublarının xarici ölkələrdə, o cümlədən Türkiyədə olan tərəfdaşları ilə əlaqələrinin, maliyyələşmə mənbələrinin, üsullarının və digər xüsusatların müəyyənləşdirilməsidir.
Məlumatda vəsatətin Avropa Konvensiyasının tələblərinə müvafiq olaraq qaldırıldığı da bildirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun