Azərbaycanda 4 özəl kredit bürosu yaradılacaq

Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev və ABA-nın icraçı direktoru Yunus Abdulovun Beynəlxalq Maliyyə Korporasiyası (BMK) və İsveçrənin “Creditinfo Group” təşkilatının nümayəndələri iə görüşündə Azərbaycanda özəl kredit büroları yaradılması müzakirə edilib.
Turan-ın məlumatına görə, görüşdə ölkədə özəl kredit bürolarının yaradılması üzrə fəaliyyət planı və qarşıda duran addımlar razılaşdırılıb.
Buna qədər Creditinfo Group Gürcüstan, Qazaxıstan, Rumıniya kimi ölkələrdə özəl kredit bürolarının yaradılmasında iştirak edib.