AXCP üzvünə 30 sutka həbs cəzası verilib

AXCP üzvünə 30 sutka həbs cəzası verilib
25 Avqust 2016
Mətni dəyiş
Avqustun 24-ü polis tərəfindən saxlanan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü İsmayıl Rəsulova 30 sutka inzibati həbs cəzası verildiyi bildirilir.
Bu haqda Turan İnformasiya Agentliyinə onun oğlu Elşən İsmayılov məlumat verib.
E.İsmayılov atası ilə uzun müddət təmas qurmağa imkan verilmədiyini deyib.
“Polisə getdik, dedilər, məhkəməyə aparıblar. Məhkəməyə getdik, orda da heç bir xəbər vermədilər. Özü nəhayət zəng edib, 1 aylıq həbs edildiyini söylədi”, E.İsmayılov bildirib.
E.İsmayılovun deməsinə görə, şəkər xəstəsi olan atası onlardan iynə-dərmanlarını, paltarlarını göndərmələrini istəyib. İsmayıl Rəsulovu avqustun 24-də Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin əməkdaşları saxlayıblar.
38-ci Polis Bölməsindən və Qaradağ Rayon Məhkəməsindən İ.Rəsulovla bağlı məlumat verilməyib.
Qeyd edək ki, onun nədə günahlandırıldığı, hələ də, açıqlanmır.
İ.Rəsulov ikinci qrup Qarabağ əlilidir, şəkər xəstəsidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun