AXCP fəalları polis tərəfindən saxlanılıb - Yenilənib

AXCP fəalları polis tərəfindən saxlanılıb - Yenilənib
18 Avqust 2016
Mətni dəyiş
Xəbər verdiyimiz kimi bu gün səhər saatlarında AXCP Xətai rayon Gənclər Komitəsinin sədri Fuad Əhmədli Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən həbs edilib. DTX əməkdaşları F.Əhmədlini yoldan oğurlayıblar və sonradan onun yaşadığı evə baxış keçiriblər. Onlar Fuad Əhmədlinin evində olan bütün kitabları götürüblər. Gənc fəalın atasının sözlərinə görə "Yasin necə oxunmalı" kitabı və Aziz Nesinin kitabları da götürülənlər arasında olub.
Günorta saatlarına doğru isə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları AXCP Gənclər Komitəsinin Suraxanı rayonunun üzvü Qədim Bəkirovun yaşadığı evə gələrək, onun qardaşını girov götürüblər. Daha sonra isə Qədim Bəkirovun idarəyə gəlməsi tələb edilib. Bir neçə dəqiqə sonra hadisədən xəbərdar olan Q.Bəkirov polis idarəsinə gedib və indiyə qədər ondan heç bir məlumat yoxdur.
Hər iki AXCP üzvünün həbs edilməsi haqqında partiyanın Gənclər Komitəsi bəyanat yayaraq, hakimiyyəti repressiyalara son qoymağa çağırıb.
***
saat 18.20
AXCP Gәnclәr Komitәsi Xətai rayon Gənclər Komitəsinin sədri Fuad Əhmədli və Suraxanı şöbəsinin fәalı Qәdim Bәkirov polis tərəfindən saxlanılıb.
Hər iki fəal barədə hələ ki, heç bir məlumat verilmir.

14045762_606184189560002_7229945866235709955_n

Xatırladaq ki, bu gün NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Turqut Qəmbər ilə jurnalistlər İlqar Vəliyev və Aytac Əhmədova da polis tərəfindən saxlanılmış, lakin daha sonra sərbəst buraxılmışdılar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun