AXCP fəalı Fuad Əhmədlinin həbsindən verilmiş apellyasiya şikayətinə baxılıb

AXCP fəalı Fuad Əhmədlinin həbsindən verilmiş apellyasiya şikayətinə baxılıb
25 Avqust 2016
Mətni dəyiş
24 avqustda Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) fəalı Fuad Əhmədlinin həbsindən verilmiş apellyasiya şikayətinə baxılıb.
Bakı Apellyasiya Məhkəməsi şikayəti qəbul etməyib.
Bu barədə məlumatı Fuad Əhmədlinin vəkili Əsabəli Mustafayev verib.
Xatırladaq ki, Səbail Rayon Məhkəməsi avqustun 18-də F.Əhmədli barəsində 3 aylıq həbs qətimkan tədbiri seçmişdi.
Vəkil Əsabəli Mustafayev qərardan narazı olduqlarını, Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəklərini deyib.
Ə.Mustafayev həmçinin, Fuad Əhmədli ilə konfidensial görüşməsinə imkan verilmədiyini bildirib.
“Fuad Əhmədli, hələ də, Dövlət Təhlükəsizlik Xidmətinin təcridxanasında saxlanılır. Bu iş prokurorluqda başlanan işlə birləşdiyindən Fuad Əhmədlinin Bakı İstintaq Təcridxanasına köçürülməsi təmin edilməlidir”, deyən vəkil bununla bağlı məhkəməyə əlavə şikayət veriləcəyini bildirib.
Qeyd edək ki, F. Əhmədli avqustun 18-də saxlanıb. Ona CM-nin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun