Avqustun 9-da mərhum jurnalist Rasim Əliyev anılacaq

Avqustun 9-da mərhum jurnalist Rasim Əliyev anılacaq
8 Avqust 2016
Mətni dəyiş
Avqustun 9-da mərhum jurnalist Rasim Əliyev vəfatının birinci ildönümündə həmkarları, yaxınları və ictimaiyyət nümayəndələri onu məzarı başında yad edəcəklər. Bu barədə mərhumun yaxınlarının sosial şəbəkələrdə ictimaiyyətə müraciətində bildirilib.
Müraciətdə deyilir: "Bu il avqustun 9-u Rasim Əliyevin ölümündən 1 il ötür. Rasim Əliyevin xatirəsini bizimlə birgə anmaq istəyən hər bir kəs Mehdiabad qəsəbəsində yerləşən məzarlığı avgustun 9-u saat 15:00-da ziyarət edə bilər".
Rasim Əliyev 16 avqust 1984-cü ildə Bakı şəhərində anadan olub. Ann.az xəbər saytının əməkdaşı olub, daha sonra "Obyektiv TV"-də foto müxbir kimi fəaliyyət göstərib. Rasim Əliyev 2007-ci ildən bəri Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda reportyor, video və foto müxbir kimi çalışıb.
Xatırladaq ki, 2015-ci ilin Avqustun 8-də Rasim Əliyev “Qəbələ” futbol komandasının keçmiş oyunçusu Cavid Hüseynovla qohumluğu və əlaqəsi olan bir qrup şəxs tərəfindən "Bayıl market"in qarşısında döyülüb.
Rasim Əliyev1
Ağır bədən xəsarəti alan jurnalist 1 saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşko) yerləşdirilib. Onun qabırğaları sınmışdı və sol qulağı eşitmirdi. Jurnalistin döyülməsinə səbəb onun Cavid Hüseynovun kiprli jurnalistə qarşı hərəkətini facebook səhifəsində tənqid etməsi olub.
Rasim Əliyev avqustun 9-da səhərə yaxın Bakı Klinik Mərkəzində rəhmətə gedib. Jurnalist Mehdiabad qəbiristanlığında dəfn edilib.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun