ASAN Xidmət Seymur Həzinin nikahına əngəl yaradır - yenilənib

ASAN Xidmət Seymur Həzinin nikahına əngəl yaradır - yenilənib
1 Avqust 2016
Mətni dəyiş
Son məlumatlar yazının yuxarı hissəsində
Xəbər verdiyimiz kimi, keçmiş siyasi məhbus Nigar Yaqublu vicdan məhbusu Seymur Həzi ilə evlənir. Amma bu gün baş tutmalı olan nikaha ASAN Xidmət tərəfindən problem yaradılır. Nigar Yaqublunun sözlərinə görə, ASAN Xidmətin nikah məmuru Ədliyyə Nazirliyinin bu gündən nikahların səyyar kəsilməsi ilə bağlı xidmətin fəaliyyətini dayandırması haqqında məlumat verib.
“Qafqazinfo” məsələ ilə əlaqədar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Mehman Sadıqovla əlaqə saxlayıb. O bildirib ki, ASAN və Penitensiar Xidmətə təqdim olunan məktuba əsasən nikah mərasimi avqustun 2-nə nəzərdə tutulub: “Nikaha girmək istəyən tərəflərin arzuları əsasında tarix sabah üçün təyin olunub. Ona görə də Ədliyyə Nazirliyinin Penitensiar Xidməti bu şəxslərin nikaha daxil olması üçün sabah hər cür şəraiti yaradacaq. ASAN Xidmətin nümayəndəsi də nikah mərasimində iştirak edəcək”.
 
"ASAN xidmət Nigarla Seymurun nikahına mane olur"
Xidmət əməkdaşları onların yaxınlarına bildirib ki, 10 dəqiqə gecikdiklərindən nikah bağlayacaq əməkdaş iş yerini tərk edib.
"ASAN-Xidmət Nigar Yaqublu ilə Seymur Həzinin nikahına maneə törədir". Bu haqda Meydan TV-yə N.Yaqublunun özü məlumat verib. Onlar bildiriblər ki, xidmətin Bakıxanov şöbəsindən N.Yaqubluya bildiriblər ki, onlar 10 dəqiqə gecikdiklərindən nikah bağlayacaq əməkdaş iş yerini tərk edib. Onun nə zaman geri qayıdacağı isə bəlli deyil.
Avqustun 1-də həbsdə olan jurnalist Seymur Həzi ilə Nigar Yaqublunun nikahı bağlanmalıdır.
Nigar Yaqublu Meydan TV -yə bildirmişdi ki, nikah Seymur Həzinin cəza çəkdiyi 17 saylı cəzaçəkmə müəssisəsində baş tutacaq.
ASAN-Xidmət-in Aygün Hüseynova ilə əlaqə saxlamaq mümkün olmadı. Xanım zənglərə cavab vermədi.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun