Arda Turandan 2 mükəmməl qol: Barcelona superkuboku qazandı - VİDEO

Arda Turandan 2 mükəmməl qol: Barcelona superkuboku qazandı - VİDEO
18 Avqust 2016
Mətni dəyiş
Bu gün İspaniya Superkubokunun qalibi müəyyən olub.
“Nou Camp” stadionunda baş tutan görüşdə “Barcelona” ilə “Sevilla” qarşılaşıb.
Matça sürətli başlayan katalonlar ilk hissədə Arda Turanın qolu ilə hesabda önə keçib. Rəqib komanda hissənin yekununa yaxın 11 metrlik cərimə zərbəsindən yararlana bilmədikdən sonra ev sahibləri daha da irəli atılıblar. Bunun nəticəsi kimi əvvəlcə Arda dublunu müəyyənləşdirib. Lionel Messi isə oyunda son nöqtəni qoyub: 3-0.
Komandalar arasındakı ilk görüşdə 2-0 hesablı qələbə qazanan "Barça" İspaniya Superkubokunun yeni sahibi olub.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun