ABŞ Türkiyədə nüvə silahının olduğunu rəsmən açıqlayıb

ABŞ Türkiyədə nüvə silahının olduğunu rəsmən açıqlayıb
19 Avqust 2016
Mətni dəyiş
ABŞ İncirlik Hərbi hava bazasında nüvə silahının olduğunu rəsmi şəkildə açıqlayıb.
İyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişinə cəhddən sonra İncirlik hərbi bazasında olan nüvə silahlarının təhlükəsizliyi məsələsi gündəmə gəlib.
ABŞ Hərbi Hava Qüvvələrinin katibi Deborah Lee James bununla bağlı açıqlama verərək İncirlik Hərbi hava bazasındakı nüvə silahlarının təhlükəsizliyinin təmin edildiyini deyib.
Bununla o, İncirlikdə ABŞ-ın nüvə silahlarının olduğunu da rəsmən təsdiqləmiş olub.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun