ABŞ-da məhbuslar qiyam qaldırıb

ABŞ-da məhbuslar qiyam qaldırıb
22 Avqust 2016
Mətni dəyiş
ABŞ-da məhbusların qiyam qaldırmasından sonra 6 mühafizəçi xəsarət alıb.
Hadisə bu gecə İllinoys ştatındakı “Pontiak” islah mərkəzində qeydə alınıb. 5 məhbus müəssisə əməkdaşlarına hücum edib. Mühafizəçilərin nə dərəcədə ciddi xəsarət almaları barədə məlumat verilmir. Eyni zamanda, münaqişənin hansı səbəbdən baş verməsi barədə də dəqiq məlumat yoxdur.
Qeyd edək ki, sərt rejimli cəzaçəkmə müəssisəsində yalnız kişi məhbuslar saxlanılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun