19 beynəlxalq təşkilat hamiyyətdən represiyaları dayandırmağı tələb etdi

19 beynəlxalq təşkilat hamiyyətdən represiyaları dayandırmağı tələb etdi
18 Avqust 2016
Mətni dəyiş
Azərbaycanda hakimiyyətin başladığı yeni həbs dalğası beynəlxalq aləmdə ciddi rezonans doğurub. Tərkibində 19 beynəlxalq təşkilatın olduğu koalisiya repressiyaların dayandırılması və siyasi məhbusların azad edilməsi ilə bağlı bəyanatla çıxış edib. Bəyanatı ixtisarla təqdim edirik:
“Azərbaycanda konstitusiya dəyişiklikləri ilə bağlı referenduma 6 həftə qalmış hakimiyyət yeni repressiya dalğasına başlayıb. Məqsəd müxalif səsləri susdurmaqdır. Koalisiya üzvü olan təşkilatlar ölkədə insan hüquqları ilə bağlı vəziyyətin yaxşılaşıdırlmasını və siyasi məhbusların azad olunmasını tələb edir.
Avqustun 12-də tanınmış iqtisadçı, REAL hərəkatının icra katibi Natiq Cəfərli qanunsuz sahibkarlıq ittihamı ilə 4 ay müddətinə həbs edilib. Əslində Cəfərli referendumu tənqid etdiyinə görə həbs edilib.
Avqustun 13-də NİDA vətəndaş hərəkatının üzvü Elgiz Qəhrəman narkotik ittihamı ilə 4 ay müddətinə həbs edilib.
Avqustun 15-də gənc fəallar Elşən Qasımov və Toğrul İsmayılov saxlanılaraq 7 sutka həbs cəzası alıb. Hakimiyyət həmçinin keçmiş siyasi məhbus, fəal Bəxtiyar Hacıyevi də təqib edib və məhkəmə onu 100 manat cərimələyib.
Koalisiya Cəfərli, Qəhrəman və digər fəallara qarşı ittihamların siyasi olduğunu hesab edir, REAL hərəkatının lideri İlqar Məmmədov, jurnalist Seymur Həzi, gənc fəallar İlkin Rüstəmzadə, Qiyas İbrahimov, Bayram Məmmədov və digər siyasi məhbuslarla birgə dərhal azad edilməsinə çağırır.
Bu repressiya dalğası referendum və Türkiyədəki çevriliş cəhdindən sonra başladı. Avqustun 15-də Baş Prokurorluq Gülən hərəkatının tərəfdarlarına qarşı cinayət işi açdı. Hakimiyyətə yaxın mətbuatda yazılan məqalədə NİDA-çı Elgiz Qəhrəman, AXCP, bu yaxınlarda qapadılan Barış Tv-də yayımlanan və Azərbaycan hakimiyyətini kəskin tənqid edən “Azərbaycan saatı” verilişi Gülən hərəkatı ilə əlaqədə günahlandırılırdı.
“Azadlıq Radiosu” Türksat-dan çıxarıldı. ANS telekanalı Fətullah Güləndən müsahibə aldığına görə qapadıldı.
Bütün bunlar Azərbaycan insan hüquqları ilə bağlı dəhşətli vəziyyət fonunda baş verib. Vətəndan cəmiyyəti üçün ciddi maneələr yaradılır, jurnalistlərin, o cümlədən Xədicə İsmayılın, siyasətçilərin ölkədən çıxışına qadağa qoyulub.
Koalisiya Azərbaycan hakimiyyəti insan hüquqlarının kobud şəkildə pozulması hallarına dərhal son qoymağa və vəziyyətin yaxşılaşması üçün addım atmağa çağırır.
Koalisiyaya üzv olan təşkilatlar:
ARTICLE 19 Canadian Journalists for Free Expression Civil Rights Defenders Freedom House Freedom Now Helsinki Foundation for Human Rights Human Rights House Foundation Index on Censorship Institute for Reporters’ Freedom and Safety International Media Support International Federation for Human Rights (FIDH) International Partnership for Human Rights Netherlands Helsinki Committee Norwegian Helsinki Committee PEN America PEN International People in Need Reporters Without Borders World Organisation Against Torture (OMCT)
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun