Ərdoğan: "Bu, bir alışqanlıqdır"

Ərdoğan: "Bu, bir alışqanlıqdır"
4 Avqust 2016
Mətni dəyiş
“Avqustun 7-də İstanbulda keçiriləcək demokratiya və şəhidlər mitinqində Türkiyənin bayrağımızdan başqa heç bir qurumun, təşkilatın bayrağını görmək istəmirik. Lakin Şimali Kipr Türk Cumhuriyyəti və Azərbaycan bayraqları mitinqdə dalğalana bilər”-Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Hürriyet”in verdiyi məlumata görə, o, iş adamlarının toplantısında çıxışında bildirib ki, bütün mitinqlərdə Şimali Kipr Türk Cumhuriyyəti və Azərbaycan bayraqları qaldırılır: "Bu, bir alışqanlıqdır, ondan heç bir şübhəmiz yoxdur".
Avqustun 7-də İstanbulda hakimiyyət çevirilişi zamanı şəhid olanlarına xatirəsinə həsr edilmiş demokratiya mitinqi keçiriləcək. Ölkənin bütün partiya liderləri, siyasətçiləri, ictimai xadimləri, iş adamları, sənətçiləri mitinqə dəvət olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun