Əli Kərimlinin həbsdə olan qaynını ölümlə hədələyirlər

Əli Kərimlinin həbsdə olan qaynını ölümlə hədələyirlər
13 Avqust 2016
Mətni dəyiş
AXCP sədri Əli Kərimli həbsdə olan qaynı Elnur Seyidovun həyatı çox ciddi təhlükənin olduğu ilə bağlı sosial şəbəkədə məlumat paylaşıb. Partiya sədri ictimaiyyətdən xahiş edib ki, informasiyanı çox insan paylaşsın, çünki insan həyatı təhlükədədir:
"Rejimin mənə görə həbs edib, girov götürdüyü qaynım Elnur Seyidovun həyatına real təhlükə yaranıb. Elnur 13 saylı cəzaçəkmə müəssisəndə saxlanılır. Ağır xəstədir. Uzun illərdir ki, dağınıq sklerozdan əziyyət çəkir. Ancaq həyatına budəfəki təhlükə xəstəlikdən deyil".
Əli Kərimli bildirib ki, Elnur Seyidov ailəsinə zəng edib və açıq mətnlə bildirib ki, onu ölümlə hədələyirlər: “Hədə realdır və mən 10 dəqiqədən sonra yenidən zəng etməsəm, bilin ki, hədəni realllaşdırıblar”.
Sonra Əli Kərimlinin qaynı daha zəng etməyib. Ona görə də AXCP sədri bu barədə açıq yazmalı olduğunu qeyd edib və qaynımın həyatına yaranmış real təhlükədən ictimaiyyəti xəbərdar edib.
"Dostlar, mən bilirəm ki, bu ölkədə paqon altında gizlənmiş cinayətkar dəstələr indiyə qədər də həm cəzaçəkmə müəssisəndə, həm də azadlıqda çoxlarını öldürüblər, qanını da batırıblar. Elnuru da öldürə bilərlər, ancaq qanını batıra bilməzlər" - deyib Kərimli.
AXCP sədri bildirib ki, Elnur Seyidovun həyatına görə dövlət başçısı İlham Əliyev şəxsən məsuliyyət daşıyır və İlham Əliyev bu qətli durdurmalıdır.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun