"Əbu Seyyaf" terror qruplaşması girov saxladıqları gənci edam edib

"Əbu Seyyaf" terror qruplaşması girov saxladıqları gənci edam edib
25 Avqust 2016
Mətni dəyiş
Filippində "Əbu Səyyaf” terror qruplaşmasının silahlıları bir müddət əsir saxladıqdan sonra 18 yaşlı Patrik Almodavarın başını kəsərək edam ediblər.
Qruplaşma edamın səbəbi barədə heç bir məlumat verməyib.
Bölgədə bu cür hadisələr tez-tez təkrarlanır. İyunun sonunda Filippin-İndoneziya sərhədində "Əbu Seyyaf" tərəfindən əsir götürülən iki indoneziyalı balıqçı qaçaraq xilas olub.
Aprel ayında isə Filippində məskən salan terroristlər girov götürdükləri Kanada vətəndaşı Con Ridsdeli edam etmişdilər.
Qeyd edək ki, "Əl Qaidə"nin bir qanadı olan "Əbu Səyyaf" qruplaşması 1990-cı ildə təsis edilib.
Terror qruplaşması Filippinin cənubunda 20 ildir ki, fəaliyyət göstərir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun