Yunanıstanda səsvermə yaşı 17-yə endirilib

Yunanıstanda səsvermə yaşı 17-yə endirilib
23 İyul 2016
Mətni dəyiş
Yunanıstan parlamentində səsvermə yaşının aşağı salınması ilə bağlı təklif müzakirəyə çıxarılıb və qəbul olunub.
Ölkədə seçmək yaşının aşağı salınmasının əsas məqsədlərdən biri gənclərin siyasi baxışlarının gücləndirilməsi olub.
281 millət vəkilinin iştirak etdiyi səsvermədə Siriza, Müstəqil Yunanlar və Mərkəz Birliyi partiyaları təklifin lehinə, Yeni Demokratiya, Pasok və Potami partiyaları isə təklifin əleyhinə səs veriblər. Bir partiya isə səsvermədə iştirak etməyib.
Saatlarla müzakirəsi davam edən təklif 179 səslə qəbul edilib, amma lazım olan minimum 200 səs təmin edilmədiyinə görə növbəti seçkidə tətbiq edilməyəcək.
Yunanıstan baş Naziri Alexis Tsipras qərarla bağlı deyib ki, bu siyasi yetkinlik göstərən yenilikçi islahatdır. Müxalif Pasok Partiyasının lideri Fofi Yenimata isə qərarın sağ düşüncəni ört-basdır edən sol görüntülü örtük kimi qiymətləndirib.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun