Yerevanda daha bir polis öldürülüb

Yerevanda daha bir polis öldürülüb
31 İyul 2016
Mətni dəyiş
Hakimiyyət ultimatumunun müddəti şənbə günü, gündüz saat 1-də başa çatar-çatmaz yenidən minlərlə etirazçı Yerevanın küçələrinə çıxıb.
Ermənistan paytaxtında post-patrul xidməti alayının binasını ələ keçirmiş silahlı dəstə ilə qarşıdurmada bir polis nəfəri öldürülüb. Ermənistan mediası 30 yaşlı Yuri Teponasyanın 400 metr məsafədən snayper tərəfindən vurulduğunu xəbər verib. Bundan əvvəl Ermənistanın milli təhlükəsizlik qüvvələri silahl dəstəyə silahı könüllü şəkildə yerə qoymaq üçün son ultimatum vermişdi. Ultimatumun müddəti şənbə günü, gündüz saat 1-də başa çatar-çatmaz yenidən minlərlə etirazçı Yerevanın küçələrinə çıxıb. Etirazçılar polisin binasını ələ keçirmiş dəstə ilə həmrəylik nümayiş etdiriblər. Sarkisyanın istefası niyə tələb edilir? 30-dək silahlı üzvü olan dəstə müxalifət liderlərindən Jirayr Sefilyanın həbsxanadan azad olunmasını və prezident Serj Sarkisyanın istefasını tələb edir.
[caption id="attachment_3517" align="alignnone" width="1024"]Jirayr Sefilyan Jirayr Sefilyan[/caption]
Sefilyan Sarkisyanın Qarabağ siyasətindən narazı olduğunu bildirib.
Serj Sarkisyanın silahlı dəstə ilə danışıqları aparan nümayəndəsi ötən həftə demişdi ki, prezident Sefilyanla görüşməyə hazırdır.
Lakin “Müəssislər məclisi” müxalifət hərəkatının lideri Jirayr Sefilyan deyib ki, o, Sarkisyandan əvvəl silahl dəstə ilə görüşməldir.
Sefilyan bildirib ki, Sarkisyanın bu məsələdə inadkarlıq etməsi təəssüf doğurur.
“Biz bir millət kimi hazırda bir qayığın içindəyik və Sarkisyan bu qayığı batırmağa çalışır” – deyib Sefilayan.
Ermənistan mediası Sefilyanın konkret olaraq Sarkisyanın Qarabağ münaqişəsinə dair siyasətində nədən narazı olduğunu bildirmir.
ABŞ səfiri sanksiyalarla hədələyib
Bu arada Amerika Birləşmiş Ştatlarının Yerevandakı səfirliyi bəyan edib ki, Vaşinqton iylun 30-da Ermənistan paytaxtında keçirilən etiraz aksiyasını dağıdarkən aşırı zora əl atmıəş şəxslərə qarşı sanksiyalar tətbiq edə bilər.
Bu barədə bəyanatı ABŞ-ın Ermənsitandakı səfiri Richard Mills AzadlıqRadiosunun erməni xidmətinə - Azatutyuna müsahibə verərkən səsləndirib.
“Mən elə indicə, gecə hadisələri zamanı yaralanmış iki cəsarətli jurnalistlə görüşmüşəm. Mən onlara müalicə aldıqları xəsrtəxanada baş çəkmişəm” – deyib səfir.
Cənab Mills bildirib ki, şahidlərdən aldığı mötəbər məlumatlara görə, iyulun 30-a keçən gecə jurnalistlərə və etirazçılara qarşı aşırı zordan istifadə olunub.
Səfir deyib ki, aldığı xəbərlər ciddi narahatlıq doğurur. Cənab Mills bidlirib ki, Vaşiqntonun sərəncamında etirazçılara aşırı güc işlətmiş şəxslərə qarşı sanksiyalar qoymaq mexanizmi vardır.
Ermənsitanda bir çox rusiyayönlü təhlilçilər yerevanda davam edən siyasi böhranda Vaşiqntonun əlinin olduğunu bildirirlər.
Onlar deyirlər ki, ABŞ Yerevanda Kiyevdəkinə bənzər “maydan” yaratmaq istəyir.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun