“Xalq hökümətə sabaha qədər vaxt verir ”- Alek Yeniqomşyan

“Xalq hökümətə sabaha qədər vaxt verir ”- Alek Yeniqomşyan
26 İyul 2016
Mətni dəyiş
Yerevanda polis alayının binasını zəbt edən silahlılara dəstək aksiyası sona çatıb. “Təsis Parlamenti” təşkilatının  nümayəndəsi Alek Yenigomşyan bəyan edib ki, xalq hökumətə səhər saat 09:00-dək vaxt verir. “Biz unutmuruq ki, bu hərəkat mühüm dəyişikliklər naminə başlayıb. Əsas məqsədimiz – hakim rejimin istefasıdır”, deyə Alek Yeniqomşyan bildirib. İyulun 25-də İrəvanda silahlıların ələ keçirdiyi polis şöbəsi yaxınlığında müxalifətin növbəti mitinqi keçirilib. Nümayişçilər silahlı qrupu qida, rabitə, tibbi xidmətlə təmin edilməsini, eləcə də zəbt edilən binada elektrik enerjisinin bərpasını tələb edirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun