Uzun yaşamağımıza kömək edəcək 2016-nın 5 elmi kəşfi

Uzun yaşamağımıza kömək edəcək 2016-nın 5 elmi kəşfi
15 İyul 2016
Mətni dəyiş
Alimlər insan DNK-nın dəyişməyin yolunu tapıblar. Bu kəşf bizi bir çox xəstəlikdən xilas edə bilər. Lakin bu 2016-cı ilin ilk yarısında baş vermiş kəşflərdən yalnız biridir. Bu il ərzində insan sağlamlığı baxımından ən vacib 5 ixtiranı sizlərə təqdim edirik.
1. ABŞ alimləri insan orqanlarını donuzun içində böyütməyə çalışırlar. Belə görünür ki, donor orqanlarının əskikliyi problemi tez bir zamanda keçmişdə qalacaq. Amerikalı alimlər çıxış yolunu insan orqanlarını donuzların içində yetişdirməkdə görürlər.
 
2. ABŞ alimləri süni dəri icad ediblər. İkinci dəri - bu fantastik filmdən bir ideya deyil, tamamilə real bir ixtiradır. Amerikalı bir neçə alim süni dəri kəşf edə biliblər, hansı ki elastik “plyonkaya” oxşayır. Onu tək qırışların azaldılması kimi estetik məqsədlər üçün yox, həm də dəri-zöhrəvi xəstəliklərin müalicəsi kimi tibbi məsələlər üçün də istifadə etmək olacaq.
 
3. Britaniyada gözlənilmədən döş xərçənginin müalicəsini tapıblar. Xərçəng xəstəliyinə qarşı dərman axtarışları hazırda tibb dünyasında ən vacib məsələlərdən biridir. Britaniyalı alimlər bu məsələdə daha bir addım irəlliyərək, yeni dərman preparatları hazırlayıblar, hansının ki köməkliyi ilə bəzi xərçəng şişlərini azaltmaq, hətta məhv etmək mümkündür - məsələn, döş xərçəngi.
 
4. Xərçəng xəstəliyinin yeni müalicəsi: Bu dəfəki cəhd 90% ölümcül xəstələr arasında uğurlu nəticə göstərib. Yeni müalicə üsulu insanın immun sistemini xərçəng hüceyrələrinə qarşı mübarizədə dözümlü etdiyinə görə böyük diqqətə səbəb olub. Məlum olub ki, ölümcül xəstələrin 90% remissiya (azalma) mərhələsinə keçib.
 
5. Cavanlığın sirri - "kürən genindədi". İnsanlar əsrlərdi cavan qalmağın sirrini axtarır və deyəsən bu arzu yaxın zamanlarda gerçəkləşəcək. Alimlər insanın gənc görünməsinə bir başa təsir edə biləcək geni tapıblar. Bu gen kürən insanların DNK-da tapılıb, hansılar ki, digər yaşıdlarına nisbətən daha gənc görsənirlər...
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun