Ümumdünya Ticarət Təşkilatı Azərbaycanı üzvlüklə bağlı tələsdirir

Ümumdünya Ticarət Təşkilatı Azərbaycanı üzvlüklə bağlı tələsdirir
26 İyul 2016
Mətni dəyiş
Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması üzrə işçi qrupunun rəhbəri Valter Verner Azərbaycan və ÜTT-ni danışıqlar prosesini sürətləndirməyə çağırıb.
V.Verner Azərbaycanın ÜTT-yə üzvlüyü üzrə danışıqların növbəti raundunda ölkənin ticarət rejiminin təşkilatın norma və tələblərinə uyğunlaşdırılması üzrə addımlarını qeyd edib.
Danışıqlarda Azərbaycan nümayəndə heyətinin rəhbəri, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev ölkədə iqtisadiyyatın şaxələndirilməsinə və enerji resurlarının qiymətlərinin azalması ilə bağlı çətinliklərin öhdəsindən gəlinməsinə yönəldilmiş milli strateji yol xəritəsinin qəbul edilməsi barədə məlumat verib.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun