Ukrayna prezidenti Azərbaycanda səfərdədir (fotolar)

Ukrayna prezidenti Azərbaycanda səfərdədir (fotolar)
14 İyul 2016
Mətni dəyiş
Ukrayna prezidenti Pyotr Poroşenko iyulun 13-də axşam Bakıya rəsmi səfərə gəlib.
Hava limanında onu hökumət başçısının müavini Yaqub Eyyubov qarşılayıb. Poroşenko onun üçün ayrılmış iqamətgaha gedib. İyunun 14-dən Ukrayna prezidentinin rəsmi görüşləri və danışıqları başlayıb.
Ukrayna prezidenti Petro Poroşenkonun Azərbaycana səfəri çərçivəsində ikitərəfli əməkdaşlığa dair bir neçə sənəd imzalanıb.
İmzalanma mərasimi Poroşenkonun İlham Əliyevlə danışıqları başa çatdıqdan sonra keçirilib. Contact.az Ukrayna prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
P.Poroşenko və İ.Əliyev Ukrayna və Azərbaycan Prezidentləri Şurasının 5-ci iclasının protokolunu imzalayıblar.
Ukrayna Dövlət Fiskal Xidmətinin sədri Roman Nasirov və Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev iki qurum arasında hava nəqliyyatı mallarının daşınması zamanı gömrük pozuntularına qarşı mübarizə sahəsində protokol imzalayıblar.
Sənəd qaçaqmalçılığa qarşı mübarizə məqsədilə tərəflər arasında operativ informasiya mübadiləsini nəzərdə tutur.
Ukraynanın xarici işlər naziri  Klimkin və Azərbaycanın mədəniyyət naziri Qarayev 2016-2020-cı illərdə mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq proqramını imzalayıblar.
Proqramın mədəniyyət, incəsənət və təhsil sahəsində əməkdaşlığın inkişafına xidmət edəcəyi gözlənilir.
Poroşenko Azərbaycanda Ukrayna Azərbaycan  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun