"Uber" Bakıda nağd ödəniş sistemini istifadəyə verib

"Uber" Bakıda nağd ödəniş sistemini istifadəyə verib
19 İyul 2016
Mətni dəyiş
Şəhər üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan “Uber” beynəlxalq texnologiya şirkəti Bakıda yeni nağd ödəniş sistemini istifadəyə verib.
Şirkətdən Trend-ə verilən məlumata görə, bu yenilik “Uber” istifadəçiləri və partnyor sürücülərin istəkləri və rəyləri əsasında tətbiq olunub. İstifadəçilər ödəniş növünü seçmək, sürücülər isə gündəlik xərcləri üçün müəyyən məbləğdə nağd vəsait arzusundadırlar. Beləliklə, nağd hesablaşmanın tətbiqinə görə Bakı sayca ilk paytaxt və Yekaterinburqdan sonra ikinci şəhər oldu.
Artıq test rejimində fəaliyyət göstərən “nağd ödəniş” opsiyası adi kart ödənişi ilə paralel əlçatan olacaq. Nağd ödəniş həyata keçirmək üçün istifadəçi tətbiq vasitəsilə avtomobili sifariş etdiyi zaman arzuladığı ödəniş növünü seçməlidir.
Gediş haqqı tam şəffaf olaraq qalır və əvvəlki kimi sürücü tərəfindən deyil, sistem vasitəsilə öncədən məlum tariflərlə müəyyən olunur: avtomobilin çatdırılması – 0,55 AZN, bir kilometr üçün – 0,34 AZN və hər bir dəqiqə gediş üçün 0,02 AZN.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun