Gülən Hərəkatı nədir və nəyə nail olmağa çalışır?

Gülən Hərəkatı nədir və nəyə nail olmağa çalışır?
28 İyul 2016
Mətni dəyiş
Türkiyənin prezidenti  baş vermiş çevriliş cəhdinə görə ABŞ-da yaşayan din xadimi Fətullah Gülənin məsuliyyət daşıdığını deyib. Minlərlə gülənçi olduğu iddia olunan insanlar istefaya göndərilib və ya həbs edilib, ölkədə fövqəladə hal elan olunub. Biz gülənçilərin hərəkatı və onların məqsədləri haqda nə bilirik?
Gülən Hərəkatı nədir?
Gülən Hərəkatı – Fətullah Gülənin şərəfinə adlandırılmış yaxşı təşkil olunmuş bir icmadır (birlikdir, siyasi partiya deyildir). Onun tərəfdaşları Güləni özlərinə ruhani bir lider kimi görür və bəzən onu Türkiyədə ən güclü ikinci şəxs kimi adlandırırlar.
Gülən üstünlüyü altruizmə, sadəliyə, əməksevərliyə və təhsilə verən dözümlü, mülayim İslamı təbliğ edir. O Pensilvaniyada, təklikdə, şəhərətrafı bir şəxsi mülkdə yaşayır. Onun diabet və ürək problemlərindən əziyyət çəkdiyi bilinir.
Gülən Hərəkatı Türkiyədə “Hizmet” adlanır. Onun ən məhşur fəaliyyətlərindən biri – özəl məktəblərinin qurulması və idarə edilməsidir, hansılar ki tək müsəlman ölkələrində yox, bütün dünyada fəaliyyət göstərir. ABŞ-da bu məktəblərin sayı 100-ə yaxındır.
Türkiyədə Gülən tərəfdarlarının sayının çox, bəlkə də milionlar olduğu və onların müəyyən hissəsinin polisdə, məhkəmə sistemində, xüsusi xidmət orqanları kimi yerlərdə önəmli dövlət vəzifələri tutduqları və hətta hakim partiya olan Ərdoğanın partiyasında da yer aldıqları güman edilir.
[caption id="attachment_3340" align="alignnone" width="1000"]Photo: AFP Photo: AFP[/caption]
Hərəkat necə yarandı?
Gülən “gənc türklər yollarını azmışdır və təhsil ən yaxşı çıxış yoludur” kimi açıqlamaları ilə məhşurlaşmışdı. Bu cür mövqe orta təbəqədən daha çox tərəfdaş cəzb eləməyə başlamış və hərəkata öz məktəblərini açmaq və fəaliyyətini genişlətmək imkanı yaratmışdı. Hərəkat böyüdükcə, onun tərəfdaşları dövlət strukturlarında işləməyə başladılar.
Mustafa Akyol kimi onlardan bəziləri deyirlər ki, hərəkatın məqsədi Türkiyəni sekulyarizmdən uzaqlaşdırmaqdan ibarət idi. Hərçənd Gülən hərəkatın siyasi deyil, dini və mənəvi (əxlaqi) istiqamətdə olduğunu bəyan etmişdi.
1980-ci il hərbi çevrilişindən sonra generallar Gülənin hakimiyyəti devirmək cəhdindən şübhələnmiş, amma 6 il gizlənsədə sonda onu həbs etmişdilər. Daha sonra o azad olunmuş, ancaq 2000-ci ildə müalicədə olduğu ABŞ-da qalmağı qərara almışdı.
Həm Ərdoğan, həm Gülən özlərini sekulyarizmə qarşı inanclı müsəlman adlandırırlar, ancaq bəziləri onların yanaşmalarında xırda fərqliliklər görür. Mustafa Akyolun fikrincə, Ərdoğan siyasi islamın türk versiyasının tərəfdarı olduğu halda, Gülən islamın siyasi deyil, mədəni formasını dəstəklədiyini deyir.
Çoxlarının fikrincə hərəkatın əsas (son) məqsədi aydın deyil
“Mən bilirəm ki, təhsilə maraq onlar üçün yetəri deyil, onlar daha çoxunu istəyirlər, amma nəyi?" – Bu sualı BBC ilə müsahibəsində yazıçı Fehmi Koru verir. Mən öz məqalələrimdə güman edirdim ki, onlar – onlar öz partiyalarını yaradırlar və ölkənin idarə olunmasında mandat əldə etmək istəyirlər. Ancaq onlar bunu etmədilər.
Gülən və Ərdoğan necə rəqib oldular?
Ümumi islami dəyərlərlə əlaqədar olaraq, Gülən və onun tərəfdaşları Ərdoğan hakimiyyətə gələndə təbii olaraq onun müttəfiqləri idilər. Əvvəlcə o, gülənçilərin inzibati (idarəetmə) təcrübəsindən ölkəni idarə etmək üçün istifadə etdi, daha sonra isə onların əlaqələri Ərdoğana hərbiçiləri hakimiyyətdən uzaqlaşdırmaqda kömək etdi.
2010-cu ildə 300 ordu zabiti 2003-cü ildə dövlət çevrilişi cəhdinin təşkilində şübhələndirilərək həbs edilmişdi. Daha sonra məlum oldu ki, onlara qarşı olan sübutların əksəriyyəti saxta imiş.
Ezgi Basaranın sözlərinə görə, hazırda müəyyən edilmişdir ki, məhkəmələr orduda, kəşfiyyatda, polisdə və məhkəmə sistemindəki Gülən tərəfdaşları tərəfindən təşkil edilmişdi. Basaranın dediyinə görə, hərbiçilərin kənara sıxışdırılmasından sonra Ərdoğanın partiyası və Gülənçilər dövlətə nəzarət üzərində rəqabətə başladılar.
[caption id="attachment_3341" align="alignnone" width="1000"]Photo: AFP/GETTY Photo: AFP/GETTY[/caption]
Bu döyüşdə kim qalib gəlir?
“Biri hakimiyyətdə olan, digəri isə əsasən mülki və hərbi aparatlara təsiri olan iki güc arasındaki müharibə - qalibin ən başdan görüldüyü bir müharibədir. Koru deyir.
Hərbiçiləri qovandan sonra 2013-cü ildə Ərdoğan dörddə biri Gülən hərəkatı tərəfindən qurulan, şagirdləri imtahanlara hazırlayan minlərlə özəl məktəbin bağlanması vədi ilə “Hizmet”i təqib etməyə başlayır.
O, həmçinin xüsusi xidmət organlarını və nazirlikləri gülənçi sayılan işçilərdən təmizləmə cəhdlərinə başlamış və hərəkatın özünü “dövlət içində dövlət” adlandırmışdı. Ancaq bundan tez sonra türk polisi bir sıra aparıcı biznesmenlərə və o zaman hələ baş nazir postunda olan Ərdoğanın müttəfiqlərinə qarşı reydlər keçirməyə başlamışdı.
Onlar Tehrana neft və qaz müqabilində qızıl göndərərək İranın beynəlxalq sanksiyalardan yayınmasına kömək etməkdə ittiham olunurdular. Bir çoxları fikirləşirdi ki, bu reydin arxasında gülənçilər durur. 2016-ci ilin mayında Türkiyə höküməti Gülən hərəkatını rəsmi şəkildə terrorist təşkilat kimi tanıdı.
[caption id="attachment_3342" align="alignnone" width="1000"]Photo: REUTERS Photo: REUTERS[/caption]
Bu uğursuz çevriliş cəhdi ilə necə əlaqəlidir?
Gülən dövlət çevrilişi cəhdində onun əli olduğunu təkzib edir. Onun fikrincə, ardınca gələn həbs dalğasını nəzərə aldıqda, putçanın (qiyamın) arxasında Ərdoğanın özü də ola bilər.
Buna baxmayaraq ekspertlərin fikrincə uğursuz çevriliş cəhdinin təşkilatçıları – gülənçilər, yoxsa sekulyarların olmağından asılı olmayaraq çevrilişi başlatmaqda tələsdilər, çünki Ərdoğanın istənilən halda orduda təmizləmələrə başlayacağından şübhələnmişdilər.
Təkcə hərbi elitanın üçdə biri və həmçinin minlərlə məmurun daxil olduğu həbslərin sayına baxmaq – Ərdoğanın əlində artıq əvvəlcədən bəlli şəxslərin siyahısı olduğunu təxmin etməyə imkan verir.
Türkiyə ölkəsində məhkəmə qarşısına çıxarılması üçün ABŞ-dan Gülənin ekstradisiyasını istəyib. Ancaq Vaşinqton təhvil üçün onlara Gülənin çevrilişlə əlaqəsinə dair sübütların lazım olduğunu bəyan edib.
Tərcümə: Orxan
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun