Türkiyədə nə baş verir: hərbi çevriliş, yoxsa ...? (yenilənir)

Türkiyədə nə baş verir: hərbi çevriliş, yoxsa ...? (yenilənir)
16 İyul 2016
Mətni dəyiş
Ən yeni məlumatlar yuxarıda
1. Ordu komandanı Ümit Dündar açıqlama verib
İstanbul və Ankaradakı hərbi çevrilişə cəhdlə bağlı Türkiyə birinci ordu komandanı ordu generalı Ümit Dündar açıqlama verib: "Birinci ordu komandanlığı içində kiçik bir qrupu təmsil edirlər. Narahat olacaq bir vəziyyət yoxdur, onlara qoşulmayan və hazırda əmr yerinə yetirən digər birliklərlə gərəkli tədbirləri görürük"
Müxalifət lideri açıqlama verib
Ana müxalifət partiyasının başqanı Kemal Kılıçdaroğlu çevriliş xəbərini İstanbulda təyyarədən düşən vaxtı eşidib.
Havalimanında bir müddət qapalı qalan Kiliçdaroğlu yazılı açıqlama verib: "Bu ölkə çevrilişlərdən çox əziyyət çəkib. Eyni əziyyətlərin yenidən yaşanmasını istəmirik. Cümhuriyyətimizə və demokratiyamıza sahib çıxır, inancımızı tam şəkildə qoruyuruq. Hər kəs yaxşı bilməlidir ki, Cümhuriyyət Xalq Partiyası parlamentar demokratiyamızın əvəzedilməzi olan yurddaşlarımızın azad iradəsinə bağlıdır".
Sozcu.com.tr saytının məlumatına görə, Ankarada TRT-nin binasında partlayış olub.
Ədliyyə naziri açıqlama verib
Ədliyyə Naziri Bekir Bozdağın açıqlamasından bir hissə: "Ankara dövlət prokurorluğu və İstanbul dövlət prokurorluğu çevrilişi edənlərə qarşı araşdırmaya başlayıb. Təhlükəsizlik qüvvələri, dövlətin digər strukturları da lazımi tədbirləri görməkdədir. Bu vəziyyətdə vətəndaşların hökumətin gərəkli tədbirləri gördüyünü və görməkdə olduğunu bilmələrində fayda var".
Erdoğandan ilk açıqlama
Marmarisdə Grand Yazıcı Mares Oteldə açıqlama verən prezident Erdoğan açıqlama verib: "Məlum yapıdan bir sıra mərkəzlər cəhd ediblər. Bunun da öhtəsindən gəlinəcək. Bütün xalqı havalimanlarına, meydanlara, küçələrə gözləyirəm. Bunun da öhtəsindən gələcəyik. Millətimiz rahat olsun. baş nazirimiz də lazımi açıqlamanı verib. Bu işə qarışan polislər də daxil ən ağır şəkildə cəzalandıracağız".
Baş qərargah rəisi girov götürülüb?
Anadolu Agentliyi isə məlumat yayıb ki, baş qərargah rəisi General Hulusi Akar bir qrup əsgər tərəfindən girov götürülüb.
[caption id="attachment_1933" align="alignnone" width="1066"]Ankara. Türk Silahlı Qüvvələri Baş Qərargahının qarşısında polislər var Ankara. Türk Silahlı Qüvvələri Baş Qərargahının qarşısında polislər var[/caption]
Türk Silahlı Qüvvələri rəsmi açıqlama yayıb 
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının rəsmi elektron poçtundan yayılan məlumatda bildirilir ki, ölkə boyu bütün idarəçilik ələ alınıb.
Açıqlamanın mətni isə belədir:
"Türk Silahlı Qüvvələri konstitusiyanın, demokratiya, insan haqları və azadlıqlarının təkrar təmin və təsis edilməsi; ölkədə hüququn üstünlüyünün yenidən bərpa olunması; pozulan asayişin təkrar təmin edilməsi məqsədilə ölkə idarəçiliyinə bütünlüklə nəzarət ələ keçirilib.
Bütün beynəlxalq müqavilələr və öhtəliklər qorunmaqdadır. Bütün dünya ölkələri ilə yaxşı münasibətlərimizin davam edəcəyinə inanırıq".
Türkiyədə ordu birləşmələri küçərələ çıxarılıb
Türkiyədə axşam saatlarında ordu küçələrə çıxarılıb. İstanbulda körpülər bağlanıb, küçələrdə tanklar görünür. Havalimanı ordunun nəzarətindədir. Ankarada Baş Qərargahda bir neçə atəş səsi eşidilib. Polis və təcili yardım maşınları qərargahın binasının qarşısında gözləyir.
Baş nazir Binali Yiıdırım isə deyib ki, bu, dövlət çevrilişinə cəhddir: "Bunu edənlər ən ağır şəkildə cəzalarını alacaqlar. Bir qrup əsgər üsyana qalxıb. Heç vaxt bu hərəkətlər bağışlanmayacaq. Mühafizə dəstələrimiz hərəkətə keçib. Demokratiyamız bərpa olunacaqdır"
Mənbələr: cumhuriyyet.com.tr, ntv.com.tr, sozcu.com.tr

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun