Türkiyə prezidenti avqustun 9-da Rusiyaya gedəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın avqust ayının 9-da Rusiyaya səfəri gözlənilir.
Türkiyə mətbuatının yaydığı xəbərə görə bu barədə məlumatı baş nazirin köməkçisi Mehmet Şimşək açıqlayıb.
Şimşək, ölkə başçısının Sankt Peterburq şəhərinə gedəcəyini deyib. R.T. Ərdoğanın Rusiya prezidenti ilə görüşü nəzərdə tutulub.