Türk əsgəri Yunanıstanın Simi adasını mühasirəyə alıb

Türk əsgəri Yunanıstanın Simi adasını mühasirəyə alıb
24 İyul 2016
Mətni dəyiş
15 iyul tarixində Türkiyədə baş vermiş hərbi çevrilişə cəhd ərəfəsində ölkə başçısının qaldığı otelə silahlı hücumu təşkil edən əsgərlərin axtarışı davam edir. Helikopterlərlə otelə davamlı olaraq bomba yağdıran və çevrilişin baş tutmadığını öyrəndikdən sonra ətraf ərazilərə qaçan 19 əsgərin gedə biləcəyi yerlər mühasirəyə alınıb.
Yunanıstanın Simi adası da 400 əsgərin nəzarəti altına alınan bölgələr sırasındadır. Adaya giriş-çıxışlar hərbi gəmilər tərəfindən həyata keçirilir. Türkiyə rəhbərliyindən verilən məlumata görə qaçan əsgərlərin dəniz yolu ilə digər ölkələrə keçməsi ehtimalına qarşılıq olaraq bütün sərhəd bölgələrinə əlavə qüvvələr yerləşdirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun