Trump-Putin münasibətləri diqqət mərkəzində

Trump-Putin münasibətləri diqqət mərkəzində
31 İyul 2016
Mətni dəyiş
Rusiyanın Demokrat Partiyasının serverlərinə mümkün haker əməliyyatı keçirməsi prezidentliyə Respublikaçı namizəd Donald Trampı Rusiya və onun avtoritar lideri Vladimir Putinə komplimentin tonunu almağa vadar edib. Rusiyanı Demokrat rəqibinin irtmiş 30 min emailini tapmağa çağıran Tramp Putini şəxsən tanımadığını və onu heç vaxt böyük lider adlandırmadığını, sadəcə onun Barak Obamadan daha yaxşı lider olduğunu bildirib. Putinin özü Trampın komplimentlərini xoş qarşılasa da, sadə ruslar Respublikaçı namizədə çox elə etimad göstərmədiklərini deyirlər.
Əgər insanların məndən xoşu gəlirsə, mənim də onlardan xoşum gəlir. Hətta Putin.
Tramp Demokrat namizəd Hillari Klintonun itmiş emaillərinin tapılması üçün Rusiyaya müraciət etmiş və Putini Barak Obamadan daha yaxşı lider adlandırıb. Putin Trampın tərifini alqışlasa da, rusların çoxu Trampa etibar etmədiklərini bildirir.
Prezidentlik kampaniyasının erkən çağlarında Donald Tramp əgər prezident seçilərsə Putinlə yaxşı yola gedəcəyini demişdi:
“Əgər insanların məndən xoşu gəlirsə, mənim də onlardan xoşum gəlir. Hətta Putin. Siz Putini tanıyırsınız. Onlar mənim Putini rədd etməmi istəyirlər. Putin deyib ki, Tramp dahidir və o, növbəti lider olacaq.”
Rusiya prezidenti isə sözlərində daha ehtiyatlı olub.
“Tramp parlaq şəxsiyyətdir. Mən onun haqda belə düşünürəm. Lakin mən onun Rusiya-ABŞ münasibətlərini bərpa edəcəyini deməsində yanlış bir şey görmürəm. Mən bunu alqışlayıram.”
Sadə rusiyalılar isə Tramp haqda düşüncələrini açıq bildirir.
“Mən onu müsbət şəxsiyyət kimi görmürəm. Mənim fikrimcə prezident təvazökar, təmkinli və qeyri-emosional olmalıdır, bizim Putin kimi,” mühəndis Qalina bildirir.
Onlar Trampın Rusiya ilə Birləşmiş Ştatlar arasındsa münasibəti dəyişəcəyinə də şübhə ilə yanaşırlar.
“Mənim fikrimcə Tramp Birləşmiş Ştatların prezidenti olsa, bizim Amerika ilə münasibətlərimizdə çox da olmasa təsiri olacaq. Hər şeydən mühüm namizədin proqramıdır," Kristina bildirir.
Rusiya jurnalisti Mixail Zyuqarın dediyinə görə, Tramp Putinin görmək istədiyi şəxsiyyət deyil.
“Putin çox güman ki, Donald Trampla dünyanı müxtəlif sahələrə bölməyin mümkün olacağını düşünür. Mən düşünmürəm ki, Donald Tramp belə insandır.”
Putin çox güman ki, Donald Trampla dünyanı müxtəlif sahələrə bölməyin mümkün olacağını düşünür. Mən düşünmürəm ki, Donald Tramp belə insandır.
Lakin Demokrat Milli Komitəsi və Klinton kampaniyası Moskvanı partiyanın daxili serverlərini hak etməkdə günahlandırıb. Ələ keçirilmiş partiyadaxili kommunikasiyada bəzi partiya rəsmilərinin Berni Sanderslə müqayisədə Klintona dəstək verdikləri aydın olur. ABŞ hökuməti bu məsələni araşdırır və media orqanları indi Trampın Rusiya ilə biznes təmaslarına baxmağa başlayıb.
Tramp deyib ki, onun Rusiyanı Hillari Klintonun emaillərini tapmağa çağırışı istehza idi. O, hətta Putini alqışladığını da danıb.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun