Teatrın 88-ci mövsümünün yekunları müzakirə ediləcək

Teatrın 88-ci mövsümünün yekunları müzakirə ediləcək
18 İyul 2016
Mətni dəyiş
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 88-ci teatr mövsümünün yekunlarına həsr olunmuş iclas iyulun 19-da keçiriləcək. İclasda mövsüm ərzində seçilən teatr əməkdaşları “Sima” teatr mükafatı ilə təltif olunacaqlar. Münsiflər heyəti gizli səsvermə yolu ilə nominantları müəyyənləşdirib. Mükafat teatrın yaradıcı heyəti arasında istedadın və peşəkarlığın qiymətləndirilməsi, peşə stimulunun yaradılması, bədii dəyəri ilə (mövzusu, quruluşu, tərtibatı, ifaçısı) fərqlənən tamaşaların teatr ictimaiyyətinə təqdim edilməsi, habelə mövsüm ərzində hazırlanmış ən uğurlu səhnə əsərlərinin, ayrı-ayrı ifaçıların, mövsüm ərzində fəallığı ilə seçilən teatr əməkdaşlarının mükafatlandırılması məqsədilə təsis olunub. Ötən ildən fərqli olaraq bu il nominasiyalara bir qədər dəyişiklik edilib. Belə ki, bu ilki mükafatlar “ən yaxşı tamaşa”, “mövsümün ən yaxşı xarakterik obraz ifaçısı”, “mövsümün ən fəal ictimaiyyətçi əməkdaşı”, “mövsümün ən uğurlu baletmeysteri”, “mövsümün seçilən aktyoru” və digər nominasiyalar üzrə olmaqla 12 adda müəyyənləşdirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun