Silahlı müxalifət Yerevanda polis idarəsini tutub. Ermənistanda nə baş verir? (yenilənir)

Silahlı müxalifət Yerevanda polis idarəsini tutub. Ermənistanda nə baş verir? (yenilənir)
17 İyul 2016
Mətni dəyiş
Son məlumatlar yazının aşağı hissəsində
İyulun 17-i səhər Yerevanda bir qrup müxalif silahlı şəxs Erebuni rayon polis idarəsinə hücum edib. Silahlılar polis idarəsini ələ keçirib.
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumata görə, silahlı şəxslər içəridə bir neçə polisi girov götürüblər. Onların dinc yolla azadlığa buraxılması üçün silahlılarla danışıqlar aparılır.
"Təsisedici Parlament" adlı müxalif qrup bəyanat yayaraq, ötən ay hakimiyyəti zorla devirməkdə təqsirləndirilərək həbs olunmuş liderləri Zhirayr Sefilyan-ın azadlığa buraxılmasını tələb edib.
Qrupun sözçüsü Varuzhan Avetisyan da qiyama qalxdıqlarını bəyan edib. O, hakimiyyəti devirəcəklərini və siyasi məhbusları azad edəcəklərini bildirib.
Məşhur müxalifətçi deputat Nikol Pashinyan polis idarəsinə baş çəkərək oranı zəbt edənlərlə söhbət edə bilib. Yenicə yaradılmış Vətəndaş Razılığı adlı partiyanın lideri olan Pashinyan hücum edənlərdən birinin başından ağır yaralı olduğunu, özünü pis hiss edən polisin buraxıldığını söyləyib.
"Təsisedici Parlament" hərəkatı prezident Serzh Sarkisian-ın istefası tələbi ilə tez-tez Yerevanda etiraz aksiyaları keçirməsi ilə tanınır.
Qrup Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı güzəştli mövqe tutduğunu iddia edərək hakimiyyəti kəskin tənqid edir.
Son məlumatlara görə girovların azad edilməsi üçün əməliyyat keçirilib. Əməliyyat zamanı girov olan iki nəfər azad edilib.
Milli Təhlükəsizlik xidmətinin məlumatına görə, əməliyyat zamanı bir polis öldürülüb, iki nəfər ayaralı var.
  [embed]https://www.youtube.com/watch?v=wXhv6m5UFIw[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun