Seymur Həzi mətbuat günü ilə bağlı müraciət yayıb

Seymur Həzi mətbuat günü ilə bağlı müraciət yayıb
22 İyul 2016
Mətni dəyiş
Tanınmış jurnalist, "Azadlıq” qәzetinin vә "Azәrbaycan saatı" teleproqramının әmәkdaşı, vicdan mәhbusu Seymur Hәzi mәtbuat günü ilә bağlı hәmkarlarına müraciәt edib:
"Azad söz" təkcə fiziki və mənəvi təzyiqlərlә nəticələnməyən söz deyil. O, həm də hər cür fanatizmdən arınmış şüura, dünyəviliyə, elmiliyə və insanın ilkin təbii hüquqlarına arxayın olan düşüncənin məhsuludur.
Azərbaycanda mətbuatın 141 yaşı tamam olmaqla bizə yeni vəzifələrimizi və daimi hədəflərimizi yenidən xatırladır. Hər bir insanın ən böyük dəyər ölçüsü onun sahib olduğu düşüncə, hər bir cəmiyətin əsas keyfiyyət meyarı isə fərdin bu düşüncəni necə ifadə etmək imkanıdır.
Həsən bəy Zərdabidən Elmar Hüseynova qədər bir yol keçmiş mediamız öz azadlıq dustaqları ilə bu gün dünyada tez-tez anılmaqdadır. Ancaq heç cür yenilmək yolunu tutmur və tutmayacaq.
"Azad sözün" sonuncu qığılcımları böyük işıq mənbəyinə çevriləcək. Şübhəsiz ki, bunun üçün ən başlıca vəzifə keçmişdən bol iqtibas gətirmək deyil, gələcəyə mesajlar verməkdir.
Biz zülmətdə ola bilərik, amma daima işığa can atmalı, ona hədəflənməliyik. "Azad söz" təkcə azad qəzet, televiziya, internet deyil. Azad söz, azad iqdisadiyyat, rifah və heyvanilikdən – qorxudan arınmış şüura istinad edən insan deməkdir. Hər bir həmkarımı təbrik edir, uğur diləyirəm.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun