Haldun Novruzzadə - Seçkilərdə qalib gəlmək demokratik olmaqdan xəbər verir?

Haldun Novruzzadə - Seçkilərdə qalib gəlmək demokratik olmaqdan xəbər verir?
19 İyul 2016
Mətni dəyiş
Haldun Novruzzadə
Bildiyiniz kimi Türkiyədə hərbi çevriliş cəhdi (subyektiv mövqeyim oyun olduğu qənaitindədir) uğursuzluqla nəticələndi. Türkiyədə olduğu kimi ölkəmizdə də bir çox insan düşünür ki, bu hərbi çevriliş demokratiyaya zidd bir hərəkətdir. Çoxu da bu fikri "Erdoğan seçkilərdə saxtakarlıq olmadan qalib gəlib" arqumenti ilə əsaslandırır və seçki ilə qalib gəlmiş birini hərbi çevriliş ilə yıxmağı demokratiyaya zidd bir hərəkət kimi qələmə verir.
İlk öncə demokratik dəyərlərə nəzər salmaq lazımdır. Demokratik dəyər dedikdə insanların azad yaşaması, ədalətli cəmiyyətdə yəni dini, irqi, etnik ayrı seçkilik olmadan sosial rifah içində yaşaması nəzərdə tutulur. Bu demokratik sistemə çatmaq üçün müxtəlif vasitələrdən istifadə edirlər, bunlardan seçkini, azadlıq və insan haqqlarını təmin edilməsini misal göstərmək olar.
Bu vasitələrdən ən əsası azadlıq və insan haqlarıdının təmin edilməsidir. Yəni seçkilərdə hər hansı bir şəxs saxtakarlıq olmadan qalib gələ bilər, ancaq o azadlıq və insan haqlarını tapdalayırsa, artıq burda demokratiyadan söhbət gedə bilməz.
Demokratiyada insan ən əsas faktordur. Sən seçkilərdə xalqın iradəsi hesabına qalib gələ bilərsən, ancaq onun haqq və azadlıqlarına zərbə vurub, irqi və dini ayrıseçkiliyə məruz qoyursansa, artıq burda demokratiya yox, totalitar rejimdən söhbət gedir.
Bunun bariz nümunəsi Almaniyada hakimiyyətə demokratik seçkilər yolu ilə gəlmiş Adolf Hitlerdi və bunun zərərləri də hamıya məlumdur. Onu da qeyd edim ki, Adolf Hitlerə də qarşı "Valkyrie" adlı sui-qəsd təşkili uğursuzluqla nəticələndiyinə görə bir çox general və yuxarı rütbəli zabitlər vətən xaini elan edilərək güllələnmişdi.
Hərbi çevriliş yalnız demokratik ölkələrdə suç sayıla bilər, hansı ki, o çevriliş nəticəsində totalitar bir rejimin qurulması nəzərdə tutulur.
Sonda onu demək istəyirəm ki, ali demokratik dəyərləri tapdalayan birini hansı yolla hakimiyyətə gəlməsindən asılı olmayaraq hərbi çevriliş də daxil olmaqla bütün yollarla hakimiyyətdən endirmək məqbul sayılır. Təbii çevriliş edən ordu əmin əllərdədirsə.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun