Şahmatçıların dünya reytinqi açıqlanıb

Şahmatçıların dünya reytinqi açıqlanıb
4 İyul 2016
Mətni dəyiş
Beynəlxalq Şahmat federasiyası 2016-cı il iyulun 1-nə reytinq cədvəlini təqdim edib.
Azərtac-ın xəbərinə görə, kişilərin siyahısında norveçli Maqnus Karlsenin (koeffisient 2855), qadınların siyahısında çinli Xou İfanın (2653) adı birinci yerdədir.
Dünyanın ən güclü yüz şahmatçısının siyahısında beş həmyerlimiz də yer alıb. Aktivində 2764 xal ilan azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov bundan əvvəlki cədvəllə müqayisədə 6 sətir yuxarı qalxaraq 12-ci pillədə qərarlaşıb.
Teymur Rəcəbov 35-ci yeri tutur (2722). Yüzlüyə, həmçinin 57-ci pillədə Eltac Səfərli (2678), 74 və 75-ci pillələrdə müvafiq olaraq Arkadi Naydiç (2667) və Rauf Məmmədov (2666) daxildir.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun