Rusiya neft hasilatını azaltmır

Rusiya neft hasilatını azaltmır
22 İyul 2016
Mətni dəyiş
Bu ilin aprel ayında Qətərdə neft hasilatına kvota müəyyən niyyətilə OPEK-lə uğursuz danışıqlardan sonra bu məsələdə birlik əldə etmək mümkünsüz görünür.
Rusiyanın energetika naziri Aleksandr Novak neft hasilatının OPEK-lə koordinasiya edilməsini istisna edib. Reuters-ə müsahibəsində nazir bildirib ki, tərəfdaşlar hasilatın azaldılması ilə bağlı razılığa gələ bilməyib. Çünki Rusiyanın bunun üçün alət və mexanizmləri yoxdur.
O qeyd edib ki, bu il Rusiyada hasilat artıb. 2016-cı ildə ümumi hasilat günə 10,93 mln barrel təşkil edəcək, ötən il bu göstərici 10,73 mln olub.
Bununla belə Rusiya OPEK-lə rabitənin tam kəsilməsinə getmir.
Qeyd edək ki, bir çox iri şirkətlə neft bazarında bolluğun hələ 2 il davam edəcəyini deyir.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun