Referendumun vaxtını prezident təyin edəcək

Referendumun vaxtını prezident təyin edəcək
25 İyul 2016
Mətni dəyiş
Milli Məclis sədrinin 1-ci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov referendumun vaxtını ölkə başçısının təyin edəcəyi ilə bağlı açıqlama verib :"Azərbaycan Respublikası prezidentinin təklif etdiyi və bu gün Konstitusiya Məhkəməsinin rəy verdiyi Konstitusiya Aktı layihəsi ilə aktla bağlı referendumun tarixini təyin etmək cənab prezidentin səlahiyətindədir”.
Z. Əsgərovun sözlərinə görə, Referendum Aktında qeyd edilib ki, referendumun tarixi prezidentin səlahiyyətinə aid olan məsələdir.
Xatırladaq, iyulun 18-də Azərbaycan prezidenti tərəfindən “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə göndərilib. Bu gün Konstitusiya Məhkəməsinin iclasında akta rəy verilib və sabah Mərkəzi Seçki Komissiyasının bununla bağlı iclası keçiriləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun