"Referendumdan sonra iqtisadi durum daha da pisləşəcək"

"Referendumdan sonra iqtisadi durum daha da pisləşəcək"
26 İyul 2016
Mətni dəyiş
Azərbaycanın ictimai-siyasi həyatında son dövrlər əsas müzakirə olunan mövzulardan biri referendumun məsələsidir.
18 iyul 2016-cı ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsinin tələbinə əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyinin alınması üçün təqdim olunan “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsinə Konstitusiya Məhkəməsinin Plenumu bu gün müsbət rəy verib.
Buna da bax: Referendumda hansı məsələlər müzakirəyə çıxarılır? 
Mövzu ilə bağlı politoloq Ərəstun Oruclu Abzas.net saytına açıqlamasında bildirib ki, referendumun nəticəsindən insanlar narazı ola bilər, haqlarının pozulduğunu, ölkənin hüquqi sisteminə müdaxilələrin olacağını düşünə bilərlər. Amma politoloq hansısa formada kütləvi etirazların, aksiyaların olacağına inanmır:
"Maksimum müxalifət partiyaları Məhsul stadionuna gedib icazəli miting edə bilərlər. Bunun isə effekti sıfıra bərabərdir. Yəni, Azərbaycan cəmiyyətində elə bir qurum yoxdur ki, əhali yığılıb öz etirazlarını bildirsin. Cəmiyyət yanlız gizli etiraz etməklə yetinir, açıq etiraz edə bilmir. Kütləvi etriazdan danışmağa belə dəyməz. Referendumdan sonra həm parlament, həm prezident seçkilərinin vaxtından əvvəl keçirilməsi mümkündür. Bu referendum layihəsinin təsdiqlənməsi artıq hakimiyyətin mütləq mərkəzləşməsi deməkdir. Və belə olan şəraitdə hansısa çevik qərarların qəbul olunmasına zərurət yaranmayacaq. Hakmiyyətin avtoritar rejimə keçməsi onun çevikliyinin itməsinə səbəb olacaq. Mövcud durumda heç bir dəyişiklik gözlənilmir".
Buna da bax: Partiya sədrləri referendumla bağlı nə deyir? 
Turan İnfirmasiya Agentliyinin direktoru Mehman Əliyev isə qeyd edib ki, referendumdan sonra iqtisadi durum daha da pisləşəcək:
"Əgər hakimiyyət payızda cəmiyyətə real islahatlar təqdim eləməsə, əlbəttə ki etirazlar olacaq. Fikrimcə referendumdan sonra seçkilərin keçirilməsi üçün hakimiyyət tələsməyəcək. Ən azı bu il heç bir seçki keçirilməsini gözləmirəm. Təbii ki, layihə qəbul olunsa, yeni islahatlar olmalıdır. Bəlkə də, referendumdan əvvəl bu cür dəyişikliklər üçün islahatlar keçiriləcəkdir".
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun