“Qəbələ” “Lill”ə qarşı

“Qəbələ” “Lill”ə qarşı
28 İyul 2016
Mətni dəyiş
Bu gün Avropa Liqasında III təsnifat mərhələsinin ilk matçları baş tutacaq.
Neftçi və Kəpəz klublarının II mərhələdə məğlubiyyətinin ardından turnirdə yeganə təmsilçimiz olan “Qəbələ” növbəti oyununa çıxacaq.
Roman Qriqorçukun rəhbərlik etdiyi komanda "Lill-Metropol" arenasında yerli “Lill”in qonağı olacaq.
Bakı vaxtı ilə saat 21:00-da başlayacaq görüş "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun