Olimpiya Oyunlarında yer tutanlara nə qədər mükafat veriləcək?

Olimpiya Oyunlarında yer tutanlara nə qədər mükafat veriləcək?
19 İyul 2016
Mətni dəyiş
Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin yola salma mərasimi keçirilib.
Prezidenti İlham Əliyev bildirib ki, avqustun 5-də Braziliyanın Rio-de-Janeyro şəhərində başlayacaq XXXI Yay Olimpiya və XV Paralimpiya Oyunlarında Azərbaycan idmanın 18 növü üzrə 56 idmançı ilə təmsil olunacaq. Bu barədə prezidentin rəsmi saytında məlumat dərc olunub.
Qaliblər üçün mükafatlar müəyyən edilib
Elə bu gün prezident Əliyev XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.
Sənədə görə, birinci yeri tutan hər bir idmançıya 400 min manat, onun məşqçisinə 200 min manat, ikinci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat, üçüncü yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat mükafat veriləcək.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun