Obama ilk dəfə Clintonun seçki mitinqində iştirak edib (fotolar)

Obama ilk dəfə Clintonun seçki mitinqində iştirak edib (fotolar)
6 İyul 2016
Mətni dəyiş
ABŞ prezidenti Barack Obama demokratların prezidentliyə ehtimal olunan namizədi Hillary Clinton-un seçki mitinqində iştirak edib. Obama "onun nə qədər ağıllı və hadisələrə hazırlıqlı olduğunu bilirəm" deyib.
Demokrat Partiyasının prezident seçkilərinə ən şanslı namizədi, keçmiş dövlət katibi Hillary Clinton-un ilk dəfə bir seçki mitinqində ABŞ prezidenti Barack Obama iştirak edib və səsini Clinton-a verəcəyini açıq elan edib.
Obama Clinton-un Şimali Karolina ştatının Charlotte şəhərində seçki mitinqinə qatılaraq demokratların ehtimal olunan namizədinə dəstək çıxışı edib.
Obama Hillary
Hillary Clinton Obama ilə birlikdə paytaxt Vaşinqtondan Şimali Karolinaya prezidentin təyyarəsi "Air Force One"la gəlib.
Clinton ilə dövlət katibi vaxtında yaxından işlədiyini və keçmiş iş yoldaşından hörmətlə danışan Obama "Onun nə qədər ağıllı və hadisələrə hazırlıqlı olduğunu bilirəm" deyib.
Clinton-dan danışarkən "işlər yaxşı getmədiyi zamanlarda belə necə iradəli durduğunu və daha güclü geriyə qayıda bildiyini yaxından gördüm" deyən prezident seçiciləri Hillaty-yə səs verməyə çağırıb. (ardı aşağıda)
obama1
Obama ad çəkmədən respublikaçıların prezidentliyə ehtimal olunan namizədi, biznesmen Donald Trump-ı tənqid edib. O, "Amerikanı yenidən böyük etməkdən danışan adamlar var" deyib və əlavə edib ki, Amerika onsuz da böyükdür.
Seçkilərdə hər səsin çox vacib olduğunu vurğulayan Clinton, seçkini qazanacağına inandığını deyib. (ardı aşağıda)
[caption id="attachment_1629" align="alignnone" width="1066"] AP Photo/Chuck Burton AP Photo/Chuck Burton[/caption]
Obama-nın Clinton-la getdiyi seçki mitinqindən bir neçə saat əvvəl FTB (FBI) rəhbəri James Comey Clintonun yazışmalarda şəxsi elektron poçtunu istifadə etməsindən dolayı "cinayət ittihamına ehtiyac qalmadı" açıqlaması vermişdi.
ABŞ-da 8 noyabrda keçiriləcək 58-ci prezident seçkiləri üçün Demokrat Partiyasının vahid namizədi 25-28 iyul tarixlərində Filadelfiyada təşkil olunacaq partiya qurultayında müəyyən ediləcək.

Hilary Obama

577b294138fd7_5june_obamaclinton_1280x720-1bnmaa1

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun