Naxçıvanda vətəndaşlara zülm, işgəncə davam edir (video)

Naxçıvanda vətəndaşlara zülm, işgəncə davam edir (video)
20 İyul 2016
Mətni dəyiş
Naxçıvanın Şərur rayonun mərkəzi bazarında zorakılıq hadisəsi baş verib. Bazarda "peraşki" satıb ailəsini çətinliklə saxladığını deyən qadın bazarın sahibi və oğlu tərəfindən döyüldüklərini deyib.
Satıcı qadının bildirdiyinə görə, özü ilə bərabər əlil həat yoldaşı və oğlu da zorakılığa məruz qalıb. Məlumatı Naxçıvanda yaşayan jurnalist Həkimeldostu Mehdiyev yayıb. Videoda satıcı qadın deyir ki, gəlib yoxlasınlar, "bazarkom" Hüseynin 5 dükanı var, villaları var.
"Mən də burda balaca bir köşk qoymuşam, peraşki bişirib satıram. Oğlu ilə gəlib oğlumu da, ərimi də döydülər, köşkü uçurdular. Gəlib mənim ailəmə də, yaşayışıma da baxsınlar, oğlum, yoldaşım xəstə, qoca arvad var. Gəlib deyir o köşkü yığışdır. Deyirəm, ay Hüseyn qardaş, niyə yığışdırım? Mənim ailəm necə dolansın? İş-güc yox, məni keç, xəstə ərim, uşağım var. Mən neynəyim? Deyir: "Olmaz". Oğluna zəng elədi, oğlu da gəlib yoldaşımı döydü. Məni əlindən güclə aldılar. Deyir: "Bizə heç kim heç nə edə bilməz. İcra hakimiyyəti başçısı bizə deyib ki, gedin kimi istəyirsiz döyün, sökün, tökün". Niyə? Yolda keçməyə yer yoxdu, hamısı əlavə satış yerləridir. Piştaxtalarda bir nəfər alverçi yoxdu, hamısı bayırda alver edənlərdi. Bu əlavələrdən yığıb İcra Hakimiyyətinə də haqqını versin, Sosial Fonda da ödəsin. Qoysun bu kasıb-kusub ailəsini dolandırsın".
Qadın hələ polisə şikayət etmədiyini deyir: "İndi gəlib döyüblər, hələ polisə şikayət etməmişəm. Edəndə də deyəcək ki, köşkünü söksün. Niyə söküm? Necə dolanım? Qurban olum, niyə imkan vermirsiz dolanaq? Bəs mən hara gedim? Naxçıvan üzrə heç bir yerdə burdakı qədər qanunsuzluq yoxdu. İcra Hakimiyyəti ilə birləşib bu camaatı yaşamağa qoymurlar".
Hadisənin videosuna bu linkdən baxa bilərsiniz.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun