NATO-nun Varşava sammiti başladı

NATO-nun Varşava sammiti başladı
9 İyul 2016
Mətni dəyiş
Polşanın paytaxtı Varşavada NATO-nun növbəti sammiti öz işinə başlayıb. 2 gün davam edəcək sammitdə əsas müzakirə mövzularının Şərqi Avropadakı vəziyyət, Yaxın Şərqdə terrorist qruplara qarşı birgə hərəkət etmə, alyansın gələcəyi və mütəfiqlərinin nüvə strategiyası olması gözlənilir.
Rusiyanın Krımı işğal etmsindən sonra yenidən gərginləşən münasibətlərin bu sammitdə də müzakirə edilməsi gözlənilir. Rusiyanın qərb sərhədlərinə silah yığmasından narahat olan alyans üzvü ölkələr,  2017-ci ildən etibarən Baltik ölkələrinə və Polşaya 1000 əsgərin yerləşdiriləcəyi gözlənilir.
Sammitdə 18 dövlət başçısı, 21 baş nazir, 41 xarici işlər naziri və 38 müdaifə naziri iştirak edirlər. NATO-ya  üzv olan dövlətlərdən başqa müttəfiq ölkələrin də rəhbərləri iştirak edirlər.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun