Münhendə silahlı hücum - 10 ölü

Münhendə silahlı hücum - 10 ölü
23 İyul 2016
Mətni dəyiş
Almaniyanın Münhen şəhərində Olimpia alış-veriş mərkəzində silahlı hücüm baş verib. İlk olaraq 10 nəfərin həlak olduğu açıqlansa da, ölü sayının artacağı ehtimal olunur. Silahlı hücumun Olypmia adlı alış-veriş mərkəzində McDonalds şəbəkəsinin  yanında başladığı və silahlı şəxslərin birdən artıq olduğu deyilir.
Polis bütün çevrəni nəzarətə götürüb və əməliyyata başlayıb. Sakinlərə meydanları boşaltmağı və mərkəzə çıxmamaları cağırışı edilib.
Hücum edənlərin dəqiq neçə nəfər olduğu müəyyənləşməyib. Silahlılardan birinin Stachus bölgəsinə qaçdığı bildirilir. Hücum xəbərinin polisə ilk olaraq Almaniya saatı ilə 18:00-da verildiyi deyilir.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun