Məhkəmə ANS-in fəaliyyətinin dayandırılmasına qərar verib

Məhkəmə ANS-in fəaliyyətinin dayandırılmasına qərar verib
29 İyul 2016
Mətni dəyiş
Bu gün Bakı Apellyasiya Məhkəməsində Milli Televiziya və Radio Şurasının ANS Müstəqil Yayım və Media Şirkətinin lisenziyasının ləğv edilməsi ilə bağlı şikayətə baxılıb.
Hakim Ülvi Mayılovun sədrliyi ilə keçirilən iclasda ANS-in lisenziyasına xitam verilməsi ilə bağlı qərar qəbul edilib. Məhkəmədən bildirilib ki, şirkət Ali Məhkəməyə kasssasiya şikayəti verə bilər.
Məhkəmədə beynəlxalq təşkilat və səfirliklərin nümayəndələri də iştirak edib.
Xatırladaq ki, Milli Televiziya və Radio Şurası Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə ANS telekanalının yayımının müvəqqəti dayandırılması barədə göstəriş verib.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun