Manat zəifləməkdə davam edir - Bloomberg

Manat zəifləməkdə davam edir - Bloomberg
8 İyul 2016
Mətni dəyiş
Bloomberg agentliyi növbəti dəfə manatın zəifləməsi və qarşıdakı problemlərə toxunub. Fins.az-ın məlumatına görə, agentliyin hazırladığı məqalədə deyilir:
Enerji resurslarına olan qiymətlərin artımı xammal ixracatçı ölkələrinə müsbət təsir etdiyi şəraitdə, bir pul vahidi axına qarşı üzür. Hətta ötən ilki iki devalvasiya nəticəsində ümumilikdə 50%-dən çox ucuzlaşan Azərbaycan manatı hələ də dibi tapmayıb. İyun ayı ilin əvvəlindən etibarən manat üçün ən pis ay olub. Bu ayda neft bazarlarında böhran ən yuxarı həddə idi.
Keçmiş SSRİ ölkələri arasında həcminə görə üçüncü ən böyük neft ixracatçısının valyuta bazarı stabilləşmək bilmir: ölkəyə axan neft dollarları fiziki şəxslərin və bankların ehtiyacını ödəmək üçün kifayət etmir.
Maraqlıdır ki, Azərbaycanın Xəzər dənizi üzrə daha böyük qonşuları tamamilə əks problemlə üzləşiblər. Rublun möhkəmlənməsi Rusiya iqtisadiyyatının bərpa sürətini azaldır. Qazaxıstanın Mərkəzi Bankı isə tengenin möhkəmlənməsi fonunda bazardan dollar alır.
"Manatın dayanıqlığının bərpasında əsas maneə əmanətlərin yüksək səviyyəli dollarizasiyasıdır" – ING Groep NV şirkətinin Rusiya və MDB üzrə Moskvada əsas iqtisadçısı Smitriy Polevoy deyib.
Manatın taleyi həmçinin, İran və Venesuela kimi neftdən çox asılı olan ölkələrin çevik valyuta məzənnəsinə keçid riskini göstərir.
İran körfəzi ölkələrinə milli valyutalarının dollara bağlılığının aradan qaldırılması təzyiqləri davam etdiyi vaxtda Azərbaycan ötən il manatı sərbəst üzməyə buraxdı, bu da valyuta bazarında təşvişə və manat əmanətlərinin dollara çevrilməsinə gətirib çıxardı.
İyun ayında manat 4 aylıq artımdan sonra dollar qarşısında 3,8% ucuzlaşdı və bu göstəriciyə görə, keçmiş sovet ittifaqı ölkələri valyutaları arasında axırdan ikinci yer tutdu.
Rubl isə əksinə, həmin vaxtda 4,3% bahalaşdı. Baxmayaraq ki, neftdə 2009-cu ilin aprel-iyun ayları arasından ən aşağı rüblük artım müşahidə olunub.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun