Məmməd İbrahimin sağlamlığında ciddi problemlər var, həkimlər laqeyd yanaşır - Yenilənib

Məmməd İbrahimin sağlamlığında ciddi problemlər var, həkimlər laqeyd yanaşır - Yenilənib
31 İyul 2016
Mətni dəyiş
Ötən il həbs olunan və 3 il müddətinə azadlıqdan məhrum edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyətinin üzvü Məmməd İbrahim köçürüldüyü müalicə müəssisəsindən narazıdır. O, saxlanıldığı yerdən və həkimlərin diqqətsizliyindən şikayət edir.
Bu barədə Məmməd İbrahimin oğlu Turan İbrahim məlumat verib. T.İbrahim bildirib ki, daha əvvəl atasının körpücük sümüyü sınıb, indi isə əlavə olaraq başında, gicgah hissəsində şiş əmələ gəlib. Həkimlər isə şişin nədən əmələ gəldiyini bilmir.
Turan İbrahim atasının müalicəsinə davam edildiyini, ancaq həkimlərin ona xüsusi diqqət göstərmədiklərini deyib.
Xatırladaq ki, Məmməd İbrahim keçmiş AXCP üzvü Mikayıl Quliyevin şikayəti əsasında ötən il sentyabrın 30-da həbs olunub. Ona qarşı CM-in 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra ittiham maddəsi ağırlaşdırılıb və CM-in 221.2.2-ci maddəsinə tövsif olunub.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Məmməd İbrahim 3 il azadlıqdan məhrum edilib.
----Yenilənib----
Məmməd İbrahimin vəziyyətində dəyişiklik var. Oğlu Turan İbrahim öz Facebook səhifəsində bu barədə məlumat verib.
"Mammad Ibrahimlə görüşdüm. Vəziyyəti normaldır. Körpücük sümüyündəki sınığa görə belinə sıxıcı sarğı bağlanıb. Başındakı şiş azalsa da qalmaqda davam edir və arabir ağrılar verir. Həkimlər mütəmadi olaraq maraqlanır. Ancaq şişin nədən olduğunu deyə bilmirlər. Bir də kitab istədi sizlərdən"

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun